Abramoviç "Çelsi"ni satdı -RƏSMİ
Rusiyalı oliqarx Roman Abramoviç “Çelsi”ni rəsmən satıb.
Sportfm.az xəbər verir ki, bu barədə Companies House (Böyük Britaniyada Hüquqi Şəxslərin Birləşmiş Dövlət Reyestri) məlumat yayıb. London təmsilçisi ABŞ-dan olan Todda Boulinin konsorsiumuna satılıb.
Böyük Britaniya hökuməti ölkədəki aktivləri dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib. Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.
Xatırladaq ki, fevralın 26-da Roman Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. Martın 10-da Böyük Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən futbol klubunun aktivləri bloklanıb.
Oxşar xəbərlər
“Çelsi”nin satışı təsdiqləndi - Rəhbərlik tərəfindən
"Çelsi"nin satışına qadağa qoyuldu
"Çelsi"ni isveçrəli almaq istəyir - Növbəti həftə
Abramoviç "Çelsi”ni satmaq istəyir - 2 milyarda
Abramoviç “Çelsi”ni satmaqdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası