reklam
Sportfm.az xəbər saytı

"Səbail"in məşqçisi Kiyevdəki zirzəmidə qalıb:"Bizi burdan çıxarsınlar"


"Səbail" futbol klubunun məşqçisi Aydın Manaflı Ukraynada qalıb. 
13 yaşlılardan ibarət komandanın məşqçisi olan Manaflı bununla bağlı özü Sportfm.az saytına məlumat verib. 
Fevralın 19-da Ukraynanın paytaxtı Kiyevə UEFA-nın "B" kateqoriyalı məşqçi lisenziyasının yenilənmə kurslarında iştirak etmək üçün yollanan gənc mütəxəssis 27 fevralda Bakıya dönməliymiş. Amma Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu nəticəsində müharibə başladığı üçün 29 yaşlı çalışdırıcı ordan çıxa bilməyib. 
24 fevraldan etibarən Azərbaycan səfirliyi ilə əlaqə yaratsa da, aradan 5 gün keçməsinə baxmayaraq, ad-soyad götürmələrinə rəğmən əlaqə yaradan olmayıb. Səfirliyə hər gün zəng edib şablon sözlər eşitdiyini deyən "Səbail"in əməkdaşı Azərbaycan diplomatik missiyasından eşitdiyi sözlər bunlar olub "təxliyə yoxdur. Yalnız öz yolunuzla Polşa və ya Moldovaya gedə bilərsiz". Yəni biz heç bir işlə məşğul deyilik. 
"Hazırda Kiyevin mərkəzində "Palats Ukraina" metrosunun yaxınlığındakı bir yaşayış binasının zirzəmisində qalırıq. Ancaq burda qalmağa nə qədər dözə biləcəyik, onu bilmirəm. Azərbaycan Xarici İşlər nazirliyindən xahiş edirəm, bizi burdan çıxarsınlar". 
Təəssüflər olsun ki, Aydın Manaflı kimi minlərlə soydaşımız Ukraynanın müxtəlif şəhərlərində qalıb və ordan çıxa bilmir. Oturaq gözləyək, görək Ukraynadakı Azərbaycan səfirliyi nə vaxt hərəkətə keçəcək. 

Oxşar xəbərlər

Azərbaycanlı idmançı itkin düşdü - Ukraynada
Stadnik ukraynalı idmançılara müraciət etdi - "Biz sizə dəstək olmağa hazırıq"
“Valideynlərim Ukraynanı tərk etmək istəmirlər” - “Qarabağ”ın futbolçusu
"Ukraynada legioner sayılacaq" - Millimizdən imtina etdi
"Futbolçular evdə məşq etməklə, formada qalmağa çalışırlar" - Rüfət Dadaşov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər