“Valideynlərim Ukraynanı tərk etmək istəmirlər” -“Qarabağ”ın futbolçusu
“Mən Ukraynanın qərbində yerləşən Xmelnitski vilayətindənəm. Valideynlərim Kiyevdə yaşasa da, hazırda ora təhlükəli vəziyyətdə olduğu üçün Xmelnitskiyə qayıtmalı olublar. Kiyevdə isə hər şey qorxuludur, komendant saatı elan edilib. İnsanlar şəhər bombalandığı üçün sığınacaqlarda, metrolarda qalmalı olurlar. Ümid edirik ki, Ukraynada vəziyyət yaxşıya doğru dəyişəcək”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Rüstəm Əhmədzadə deyib.
21 yaşlı hücumçu “Qarabağ”da oynadığından, Azərbaycandadır. Amma gənc forvardın valideynləri Ukraynada qalır. O, valideynləri ilə bağlı hazırda hansısa təhlükənin olmadığını bildirib:
“Xmelnitski vilayəti Kiyevlə müqayisədə daha təhlükəsiz vəziyyətdədir. Hər gün valideynlərimlə danışıram. Onlar hər gün orada baş verənlərlə bağlı mənə məlumatları verirlər. Dediklərinə görə, hər şey Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır.
Valideynlərim Ukraynadakı Azərbaycan səfirliyinə müraciət etməyiblər. Çünki Ukraynanı tərk etmək istəmirlər”. (Oxu.az)
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.
Oxşar xəbərlər
Ukrayna yığmasına qarşı iyrənc addım - Yarışda iştirakdan imtina etdilər
Stadnik ukraynalı idmançılara müraciət etdi - "Biz sizə dəstək olmağa hazırıq"
Baş məşqçi Ukraynanı tərk etmir - Futbolçularına görə
"Biz Ukrayna xalqı olaraq sülhə ümid edirik" - Mariya Stadnik
"Ukraynada legioner sayılacaq" - Millimizdən imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası