Stadnik ukraynalı idmançılara müraciət etdi -"Biz sizə dəstək olmağa hazırıq"
Azərbaycanın Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik Rusiyanın hücumu ilə əlaqədar ölkəsində bu idman növü ilə məşğul olanların ailələrinə müraciət ünvanlayıb.
Sportfm.az xəbər verir ki, dördqat olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu bununla bağlı özünün “instaqram” səhifəsində paylaşım edib.
Stadnik Rusiyanın hücumu nəticəsində evləri dağılmış idmançılara yardım etməyə hazır olduğunu bildirib:
“Ukraynanın hörmətli güləşçiləri, həyat yoldaşlarınız və uşaqlarınızın təhlükəsizliyini təmin etmək istəyirsinizsə, biz sizə dəstək olmağa hazırıq. Onların qidalanması və sağlamlıqlarının qorunması üçün Almaniyada təhlükəsiz yaşayış məkanı tapa bilərik. Bunun üçün “wrestlersneedahome@gmail.com” ünvanı ilə əlaqə saxlaya bilərsiniz”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutuldu
Ruslar daha bir ukraynalı futbolçunu öldürdü
Rusiyanın şikayəti təmin olunmadı - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası