reklam
Sportfm.az xəbər saytı

"Biz hər bir komanda üçün təhlükəli rəqib olacağıq"


Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi" evdə "Sumqayıt"ı 1:0 hesabıyla məğlub etdi.

Sportfm.az xəbər verir ki, oyundan sonra "Neftçi”nin futbolçuları – Huqo Barqas və Zdenek Folprext klubun rəsmi saytına açıqlama veriblər.
 
Huqo Barqas: "Qar yağdığı üçün meydançada oynamaq, ona uyğunlaşmaq çətin idi. Bununla belə, çox şadam ki, meydana əvəzetmə ilə daxil olub həlledici qolu vura bildim. Bu gün 3 xal qazanmaq psixoloji cəhətdən çox vacib idi”.

Zdenek Folprext: "Bu qələbədən sonra, demək olar, uğursuzluq zolağından çıxdıq. Artıq biz hər bir komanda üçün təhlükəli rəqib olacağıq. Fikrimcə, çox yaxşı komandamız var. Rəqibə gəlincə, "Sumqayıt”ın qapıçısı bu gün möhtəşəm oyun göstərdi”.

Oxşar xəbərlər

"Neftçi" məğlub oldu
"Neftçi" "Sumqayıt"a qalib gəldi
"Qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi"
Zdenek Folprext: "Bu mənim üçün yaxşı mənada sürpriz oldu"
"Neftçi"nin yeni transferi artıq seçimini etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər