reklam
Zdenek Folprext:
Sportfm.az xəbər saytı

Zdenek Folprext: "Bu mənim üçün yaxşı mənada sürpriz oldu"


"Neftçi”nin çexiyalı yeni transferi Zdenek Folprext klubun saytına açıqlama verib.

Sportfm.az xəbər verir ki, müdafiəçi açıqlamasında bunları deyib: "Təbii ki, bura gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm. Kollektivə belə tez uyğunlaşacağımı düzü heç gözləmirdim. Bu mənim üçün yaxşı mənada sürpriz oldu. Qarşımızda konkret hədəflər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik ölkə kubokunda da mübarizəmizi davam etdiririk. Komandada mənimlə yanaşı bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm.”

Oxşar xəbərlər

"Neftçi"nin yeni transferi azarkeşlərə səsləndi
"Neftçi"nin yeni transferi:"Buradakı uşaqların çoxunu tanıyıram"
"Biz hər bir komanda üçün təhlükəli rəqib olacağıq"
"Neftçi"nin yeni transferi artıq seçimini etdi
Çexiyalı futbolçu "Neftçi"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər