Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ukraynada idman yarışları ləğv edilir -Qərar
Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət dövründə ölkədə bütün idman yarışlarını və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.
Sportfm.az xəbər verir ki, müvafiq sərəncam gün ərzində veriləcək. Buna səbəb Ukrayna ilə Rusiya arasında mümkün müharibə təhlükəsidir.
Fövqəladə vəziyyət ən azı 30 gün qüvvədə olacaq. Ali Radanın bu gün prezident Vladimir Zelenskinin fərmanını ratifikasiya edəcəyi gözlənilir.
Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində ölkə ərazisində idman yarışları və təlim-məşq toplanışları olmayacaq. İddiaya görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib. (Report)
Oxşar xəbərlər
Ukrayna rusları yaşıl meydanda görmək istəmir
Premyer Liqa yeni qaydalarla keçiriləcək - YENİLİK
Super Kubok ləğv edildi - Qazaxıstan
Gənclər və İdman Nazirliyi ləğv edilir - Agentlik olacaq
Cüdoçularımız Qran-priyə gedə bilmədi - Koronavirusa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası