reklam
Premyer Liqa yeni qaydalarla keçiriləcək -
Sportfm.az xəbər saytı

Premyer Liqa yeni qaydalarla keçiriləcək -YENİLİK


Ukrayna Gənclər və İdman Nazirliyi 2022/23 mövsümündən başlayaraq ölkədə futbol çempionatının keçirilməsinə icazə verib.

Sportfm.az xəbər verir ki, bu qərar polis və müdafiə strukturları ilə razılaşdırıldıqdan sonra çıxarılıb. Premyer Liqaya avqustun 23-də start veriləcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra, fevralın sonlarında bu ölkədə futbol da daxil olmaqla bütün idman yarışları dayandırılıb.

Yeni futbol mövsümünə gəlincə, ölkədə müharibə davam etdiyindən insanların təhlükəsizliyi nəzərə alınaraq oyunlar azarkeşlərin iştirakı olmadan keçiriləcək. Matçlara yalnız akkreditə olunmuş məhdud sayda şəxslərin - futbolçuların, məşqçilərin, hakimlərin, texniki heyətin, görüşün rəsmi şəxslərinin, akkreditə olunmuş KİV nümayəndələrinin, tibbi xidmətin, Dövlət Fövqəladə Hallar Xidmətinin və Milli Polisin iştirakına icazə verilir.

İdman qurğularının operatorlarından evakuasiya planı və sığınacaqları məlumat vermələri etmələri tələb olunur. Arenalar bütün dövlət təhlükəsizlik qaydalarına uyğun gəlməlidirlər ki, yarışlarda iştirakçıların tam tərkibini qəbul edə bilsinlər. Bundan başqa, stadionlardan 500 metrdən çox olmayan məsafədə sığınacaqlar olmalıdır.

Ukraynanın Gənclər və idman naziri Vadim Qutsayt sosial şəbəkədə yazıb: “Hava hücumu xəbərdarlığı zamanı stadionun diktoru bunları elan etməlidir: “Diqqət! Hava xəbərdarlığı! Hər kəsdən sığınacağı getməyi xahiş edirik!” Bu zaman matçın hakimi dərhal oyunu dayandırmalı və və komandalarla birlikdə sığınacağa yollanmalıdır”.

Oxşar xəbərlər

Ukraynada idman yarışları ləğv edilir - Qərar
İdman yarışları ilə bağlı yeni qərarlar
Olimpiya komplekslərində məşqlərə icazə verildi
Bakıda AVRO-2020-yə həsr edilən tədbir baş tutdu
Bakıda yeni velosiped idmanı klubu yaradıldı - DTX-nin nəzdində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər