Gənclər və İdman Nazirliyi ləğv edilir -Agentlik olacaq
Hökumətə yaxın qaynaqlardan əldə edilən məlumata görə yaxın günlərdə Gənclər və İdman nazirliyi ləğv ediləcək.
Sportfm.az xəbər verir ki, nazirlik ləğv edilsə də onun səlahiyyətləri,texniki invertarları yeni yaradılacaq qurumun balansına daxil ediləcək. Məlumata görə GİN-nin ləğvindən sonra, onun gənclərlə bağlı səlahiyyətləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə verilməklə yanaşı,eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsasnaməsində dəyişikliklər edilərək “mərkəz” sözü “agentlik” sözü illə əvəzlənəcək. Məlumata görə, nazirliyin ləğvindən sonra idmanla bağlı bölmə isə Azərbaycan Milli Olimpiya Komitəsinə daxil ediləcək. Bundan əlavə qeyd edilir ki, yerlərdə Gənclər Mərkəzi olduğundan GİN-nin yerlədəki gənclər və idman idarələri nazirliyin ləğvindən sonra yerli olimpiya mərkəzlərinin balansına veriləcək.
Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimovun dünyasın dəyişməsindən sonra, nazir postuna bir sıra şəxslərin adları hallandırılıb.//veteninfo.az//
Oxşar xəbərlər
Xankəndi stadionu Nazirliyin balansına verildi
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi yaradılıb
Gənclər və İdman Nazirliyindən yeni layihə
Biləsuvarda gənclər arasında veloyürüş təşkil olundu - FOTO
Azad Rəhimov Milli Gənclər Mərkəzində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin