Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ukrayna rusları yaşıl meydanda görmək istəmir
Ukraynanın Gənclər və İdman Nazirliyi FİFA və UEFA-nı 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının beynəlxalq turnirlərə buraxılması qərarını ləğv etməyə çağırıb.
Sportfm.az xəbər verir ki, Ukrayna İdman Nazirliyi, həmçinin UEFA-ya üzv olan bütün assosiasiyalara Rusiya millisinin iştirakı ilə keçiriləcək istənilən oyun və turnirlərin boykotuna qoşulmaq xahişi ilə müraciət edib.
Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi 17 yaşdan aşağı futbolçuları olan Rusiya milli komandalarına öz himayəsi altında yarışmağa icazə verib. Qərar həm kişi, həm də qadın komandalarına şamil edilir. Bundan sonra Ukrayna, İngiltərə, Polşa, Latviya, İsveç, Danimarka, Norveç, Litva, Finlandiya və Rumıniya Rusiyanın gənclərdən ibarət komandalarının iştirakı ilə keçirilən yarışlarda iştirakdan imtina edib. Bununla belə, “Sky News”-un məlumatına görə, UEFA Rusiya milliləri ilə oynamaqdan imtina edən ölkələri sakitləşdirməyə çalışır.
Rusiya klubları və milli futbol komandaları 2022-ci ilin fevralından FİFA ilə UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya təcavüzkar hücumudur.

Oxşar xəbərlər
Rusiya beynəlxalq yarışlarda iştirak etməyəcək - İcazə qərarı ləğv edildi
Ruslar yenidən qayıdır - Nələr olacaq?
Bu ölkələr Rusiya ilə oyunları boykot etdi
Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz etdi - Rusiyalı hakimə görə
CAS-dan açıqlama - Rusiya klublarının UEFA turnirlərində iştirakı ilə bağlı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası

Misli Premyer Liqası