reklam
İmişlidə “Zəfər Yolu” idman klubu fəaliyyətə başlayıb
Sportfm.az xəbər saytı

İmişlidə “Zəfər Yolu” idman klubu fəaliyyətə başlayıb


İmişlidə yeniyetmələr arasında futbolun təbliği, həmçinin bu idman növünə olan marağın daha da artırılması və futbolun inkişaf etdirilməsi məqsədilə “Zəfər Yolu” idman klubu yaradılıb.

“Zəfər Yolu” idman klubunun baş məşqçisi peşəkar futbolçu Ruhid Usubov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, klubunun fəaliyyəti üçün ilk olaraq İmişli rayon idman kompleksində yer ayrılıb, gələcəkdə isə klubun daha mükəmməl fəaliyyəti üçün baza yaradılması nəzərdə tutulub. Hazırda klub tərkibində 10, 11, 12 yaş qruplarından ibarət 3 komanda var. Yeniyetmələrin futbol sirlərinə yiyələnməsi üçün həftədə 3 dəfə məşqlər keçirilir. Komandalar növbəti mövsümdə AFFA tərəfindən təşkil edilən uşaq futbolu yarışlarına qoşulacaq. Yeniyetmə və gənclərin digər idman növlərindən yararlanması, asudə vaxtlarının səmərəli keçirməklə pis vərdişlərdən uzaq olması üçün klubun gələcəkdə fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək - Mini-futbol üzrə
İmişlidə "Zəfər" Turniri start götürüb - 8 komanda qalib olmaq üçün yarışır
Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriəcək
Azərbaycanda yeni idman klubu yarandı - FOTO
Naxçıvanda futbol məktəbi açıldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər