reklam
İmişlidə
Sportfm.az xəbər saytı

İmişlidə "Zəfər" Turniri start götürüb -8 komanda qalib olmaq üçün yarışır


İmişlidə Azərbaycan Ordusunun 44 günlük Qarabağ savaşında şanlı qələbəsinin bir illiyinə həsr edilən futtennis üzrə "Zəfər" Turnirinə start verilib. 

Sportfm.az xəbər verir ki, ötən gün Azərbaycan Futnet federasiyasının rəsmiləri - baş katib Əfqan Həmzəyev və yarışların keçirilməsi departamentinin rəhbəri Gülağa Cabarovun iştirakı ilə turnirin püşkatma mərasimi baş tutub.

 

Olimpiya sistemi ilə keçirilən və 1/4 final mərhələsindən başlayan "Zəfər" Turnirində "Depo", Star", Meliorator", "Zəfər yolu", "Araz", "Telekom", "114 TK" və "Gənclər" komandası mübarizə aparır. 

İmişli Olimpiya İdman Kompleksində meydana çıxacaq komandalardan "Depo" "Star"la, Meliorator" "Zəfər yolu" ilə,  "Araz" "Telekom"la, "114 TK" isə "Gənclər" kollektivi ilə yarımfinala vəsiqə verən yerlər uğrunda qüvvəsini sınayacaq. 

Bugün başa çatacaq "Zəfər" Turnirində finaldan öncə üçüncü yer uğrunda görüş də baş tutacaq.

Qeyd edək ki, turnirin nəticələri ilə saytımızda tanış ola bilərsiz. 

 

 

 

Oxşar xəbərlər

12-ci tur “Zəfər turu”dur!
Zəfər Kubokuna yekun vuruldu - Qaliblər müəyyənləşdi
İmişlidə “Zəfər Yolu” idman klubu fəaliyyətə başlayıb
İmişlidə ən güclü məlum oldu - "114 FK" qızıl medalları qazandı
Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər