reklam
Doping tapıldı, karyerasını başa vurdu -
Sportfm.az xəbər saytı

Doping tapıldı, karyerasını başa vurdu -OLAY


Pekin-2022 Qış Olimpiya Oyunlarında orqanizmindən dopinq aşkarlanan Ukrayna xizəkçisi Valentina Kaminskaya karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə instaqram hesabında bildirib.

Kaminskaya karyerasının qəfil başa çatdığını vurğulayıb: "Böyük ürək ağrısı ilə bu sözləri yazıram. Baş verənlərə inana bilmirəm. Dopinq-testimin nəticəsi mənim üçün fəlakət idi. Qəribə səslənə bilər, amma heç vaxt bu maddələri bilərəkdən qəbul etməzdim. Bu, nəinki qadağandır, həm də hər idmançı üçün axmaqlıqdır. Həyatımın çətin mərhələsində yanımda olan hər kəsə minnətdaram".

Kaminskayanın fevralın 10-da verdiyi-dopinq testdə mesterolon (anabolik steroid) və heptaminol (stimulyant) aşkarlanıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

 

Oxşar xəbərlər

Azərbaycan idmançısının cəza müddəti açıqlandı
Olimpiya oyunlarında ilk dopinq qalmaqalı
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər