Azərbaycan idmançısının cəza müddəti açıqlandı
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddətini açıqlanıb.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. Onun orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb.
Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır.
Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da Azərbaycan Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.
Oxşar xəbərlər
Nizami Paşayev üçqat dünya çempionu oldu - FOTO
Azərbaycan Ağır Atletika Federasiyası 50 min dollar cərimələndi
Azərbaycan ağır atletləri beynəlxalq yarışlardan kənarlaşdırıldı
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Dünya çempionumuzda dopinq aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası