reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" "Qəbələ"yə uduzdu -Azərbaycan kuboku


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportfm.az xəbər verir ki, son qarşılaşmada "Sumqayıt" evdə "Qəbələ" ilə üz-üzə gəlib.

"Kapital Bank Arena"dakı görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. İkinci hissə tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Komandalar arasında cavab matçı fevralın 13-də Qəbələdə oynanılacaq.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" öz meydanında "Səbail"i darmadağın edib - 4:0. Dünən keçirilmiş matçlarda isə "Qarabağ" evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Sabah"la bərabərə qalıb.

Oxşar xəbərlər

"Neftçi" və "Zirə" 3 xal qazandı - Premyer Liqa
"Qarabağ" "Zirə"ni məğlub etdi - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
"Qarabağ" qələbə qazana biləcəkmi - YENİLƏNİR
"Keşlə" "Kəpəz"ə qalib gəldi - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər