"Qarabağ" qələbə qazana biləcəkmi -YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, son oyun günündə 1 görüş baş tutacaq. Turun mərkəzi qarşılaşmasında 11 xalla 2 - 3-cü yerləri bölüşdürən "Qəbələ" və "Qarabağ" klubları üz-üzə gələcək. "Azersun Arena"dakı görüş saat 19:00-da başlayacaq.
İki kollektiv indiyədək ölkə çempionatında 50 oyunda qarşılaşıb. Bunların 26-sı Ağdam klubunun, 10-u "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 76:42.
“Qarabağ” son iki qarşılaşmada böyük hesabla qalib gəlib. “Qəbələ” 12 oyundur qələbə qazanmır.
Azərbaycan Premyer Liqası
VI tur
3 oktyabr
19:00. "Qarabağ" - "Qəbələ"
"Azersun Arena".
Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
“Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
Tura mərkəzi oyunla yekun vurulacaq - Azərbaycan Premyer Liqası
"Qarabağ" qələbə qazana biləcəkmi? - YENİLƏNİR
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası