"Qarabağ" "Zirə"ni məğlub etdi -Premyer Liqa
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısına yekun vurulub.
Sportfm.az xəbər verir ki, XIV turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. 19 yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına 3 xal qazandırıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. 22 xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Sumqayıt" "Qarabağ"ı məğlub etdi
"Neftçi" və "Zirə" 3 xal qazandı - Premyer Liqa
"Neftçi" minimal hesabla qalib gəldi - Premyer Liqa
"Qarabağ" qələbə qazana biləcəkmi - YENİLƏNİR
Premyer Liqanın II turu rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı iş adamı ev dustaqlığına buraxıldı
-
“Şamaxı” “Səbail”i, “Araz-Naxçıvan” “Sabah”ı qəbul edir - Misli Premyer Liqası
-
“Zaqatala” 2–2 “Karvan” - VİDEO
-
Qurban Qurbanova mükafat təqdim edildi
-
Rəqibini vuran futbolçuya ağır cəza - QƏRAR
-
“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası