Güləşçimiz finala yüksəldi -Beynəlxalq turnir
Rusiyanın Krasnoyarsk şəhərində güləş üzrə ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.
Sportfm.az xəbər verir ki, birinci yarış günündə qadınlardan ibarət milli komandanın 2 üzvü xalça üzərinə çıxıb.
50 kq-da mübarizə aparan Şəhanə Nəzərova ilk görüşdə rusiyalı Darima Sanjeyevaya mainimal fərqlə uduzub - 2:3.
59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnik startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Təcrübəli idmançı 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib.
Kolesnik bu raundda da Rusiya güləşçisi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Azərbaycan təmsilçisi adını finala yazdırıb.
Qeyd edək ki, Alyona Kolesnik yanvarın 28-də keçiriiləcək həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Qadın güləşçimiz medal qazandı
"Tuşe" və Alyonanın Azərbaycan üçün qələbəsi - Xatirə turniri
Qadın güləşçimiz Avropa çempionatının finalında
Omelçenko və Manolova yarımfinalda - Roma 2020
Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası