Qadın güləşçimiz medal qazandı
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Yaşar Doğu - Vehbi Əmrə - Hamit Kaplan reytinq turnirinin üçüncü yarış günündə Azərbaycan yığması bir medal qazanıb.
Sportfm.az , 53 kq çəki dərəcəsində yer alan qadın güləşçi Alyona Kolesnik bürünc medala sahib olub.
O, ilk görüşdə moldovalı son Avropa çempionu Anastasiya Nikitaya məğlub olub - 0:2. Ancaq rəqibin finala yüksəlməsi Kolesnik üçün təsəlliverici görüşlərə qatılmaq imkanı yaranıb. O, həlledici görüşdə rumıniyalı Katerina Jidaçevskayaya 8:2 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Digər qadın güləşçilərə gəldikdə, Elis Manolova (65 kq) startda türkiyəli Gülsüm Bingölə heç bir şans tanımayıb - 11:0. 1/4 finalda o, rusiyalı Mariya Kuznetsova ilə gərgin mübarizə şəraitində keçən görüşdən 6:5 hesablı qələbə ilə ayrılaraq adını yarımfinala yazdırıb.
Ancaq finalın bir addımlığında son dünya çempionatının bürünc medalçısı, ABŞ təmsilçisi Forrest Molinariyə uduzan Manolova bürünc medal uğrunda görüşdə ABŞ-ın digər təmsilçisi Emma Bruntilə 2:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
Türkan Nəsirova (50 kq) ilk mərhələdə tunisli Sara Hamdiyə 0:6, Tatyana Varansova (53 kq) 1/8 finalda qazax Jıldız Yeşimovaya yenilib - 1:3.
Oxşar xəbərlər
Güləşçilərimizdən möhtəşəm start! - İslamiada
Qadın güləşçimiz Avropa çempionatının finalında
Güləşçilərimiz Türkiyədə bürünc medal qazandı
Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası