reklam
Sportfm.az xəbər saytı

"Sabah" yenə eyni hesablı heç-heçə etdi -Yoxlama görüşü


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası növbəti yoxlama oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, rəqib Ukrayna "Zarya"sı olub.

Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. Baş hakimin şübhəli penalti qərarı nəticəsində geri düşməsinə baxmayaraq, "Sabah" 83-cü dəqiqədə Kamran Quliyevin qolu ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə eyni hesablı heç-heçə edib.

Oxşar xəbərlər

Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır - Yoxlama görüşü
"Sabah" Ukrayna klubuna qarşı - Yoxlama görüşü
Antalyada "Sabah" 3 qol vurdu
Macarıstan klubu "Sabah"ı məğlub etdi
"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər