"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə etdi
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" komandası ilk yoxlama oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi kollektiv Qazaxıstanın "Jetısu" klubu ilə üz-üzə gəlib.
Belek qəsəbəsindəki "Sun Zeynep" otelinin futbol meydanında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin yeganə qolunu 50-ci dəqiqədə Ülvi İsgəndərov vurub. Rəqibin heyətində isə Oljas Kerimjanov fərqlənib.
Matç yanvarın 15-də keçirilməli olsa da, hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, bugünkü ilk yoxlama oyununda "Səbail" Macarıstan "Akvital"ını 3:2 hesabı ilə məğlub edib. Günün ikinci yarısında "Qəbələ" - “Meppen” (Almaniya), "Sabah" - "Tobol" (Qazaxıstan) və "Qarabağ" - "Uypeşt" (Macarıstan) qarşılaşmaları keçiriləcək.
Oxşar xəbərlər
"Sumqayıt" Polşa klubunu məğlub etdi
"Sumqayıt" Super Liqa klubu ilə heç-heçə etdi
"Sumqayıt" toplanışa qələbə ilə yekun vurdu
"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq
"Səbail" Macarıstan klubunu məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası