reklam
Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır -
Sportfm.az xəbər saytı

Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır -Yoxlama görüşü


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün sonuncu yoxlama oyunlarını keçirəcəklər.

Sportfm.az xəbər verir ki, "Qarabağ" günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

"Köhlən atlar" toplanışa Polşanın "Visla" (Krakov) komandasına qarşı görüşdə yekun vuracaqlar. Bu görüş isə Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sabah" sonuncu matçında Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. "Sabah" isə Macarıstan "Pakş"ı və Ukrayna "Zarya"sı ilə 1:1 hesablı heç-heçə edib.

Oxşar xəbərlər

"Qarabağ" Antalyadan qələbəsiz qayıdır
"Qarabağ" və "Qəbələ"nin növbəti oyunları - Yoxlama görüşü
"Qarabağ"ın ilk oyununun başlama saatı bilindi - Yoxlama matçı
Azərbaycan klubları Antalyaya yola düşdü - Toplanış
Klublarımız son yoxlama oyunlarını keçirəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər