Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir -VİDEO
“İctimai TV” “Sabah”ın futbol akademiyasından reportaj hazırlayıb.
Sportfm.az xəbər verir ki, akademiyanın baş koordinatoru Adino Mustedanaqiç görülən işlərdən söz açıb.
Xorvat mütəxəssis bunları söyləyib: “Dinamo” (Zaqreb) klubunun futbol akademiyası ilə “Sabah”ın futbol akademiyasının birgə layihəsinin icrasına 1 ildən artıqdır başlanılıb. Bu əməkdaşlıqda əsas məqsəd “Dinamo”nun akademiyasında gənc oyunçuların hazırlığı, onlarla işləmək təcrübəsindən yararlanaraq “Sabah”ın akademiyasında gənc futbolçuların bilik və bacarıqlarını artırmaq, onların yetişməsində bu praktikanı tətbiq etməkdir. “Dinamo”nun futbol akademiyasında 5 əsas standartdan istifadə edirdik. 1-cisi məşqçilərin inkişaf sistemi – burda əsas məsələ akademiyada məşqçilərimizin təkmilləşdirmə kurslarında biliklərinin artırılmasıdır. Burda mühazirələr də daxil olmaqla müxtəlif vasitələrdən istifadə olunur. Bizim birgə layihəmizin tərkib hissəsi olaraq “Dinamo”nun akademiyasından məşqçilər və mütəxəsislər gələrək burda bizim məşqçilərə mühazirələr oxuyurlar. Həmçinin məşqçilərimizin Zaqrebə gedərək “Dinamo”nun akademiyasında treyninqlərdə iştirak etməsi və akademiya ilə tanışlıq da nəzərdə tutulub. Əlbəttə ki, koronavirus pandemiyası bizim işlərimizə az da olsa, mane olur. İkincisi – biz skautinq sistemi üzrə də əməkdaşlıq edirik. Azərbaycanda gənc istedadların üzə çıxarılmasını təmin etmək üçün “Sabah”ın skautinq sistemini yaratmağı hədəfləyirik. Bu məsələdə də “Dinamo”nun təcrübəsindən istifadə edirik. 3-cüsü – bizim üzərində çalışdığımız digər məsələ oyunçuların fəlsəfəsidir.
Əməkdaşlığımızın müddəti barədə onu deyə bilərəm ki, bu bir qədər uzunmüddətli olmalıdır. Çünki, bəzi dəyişiklikləri etmək elə də asan deyil. Bu 1, 2, 3 il və daha çox davam edə bilər. İstənilən halda bu layihə başa çatdıqdan sonra ümid edirəm ki, daha təkmilləşmiş məşqçilər, futbolçular və akademiya görə biləcəyik. Çünki, insan resursları və keyfiyyəti bu işdə olduqca önəmlidir. “Sabah” futbol klubu malik olduğu şəraitə uyğun olaraq söhbət açdığımız işlər üzrə maksimum səylə çalışır.
Gördüyünüz kimi, bizim məşqlər təbii ot örtüklü meydançalarda da keçirilir. Futbol ümumiyyətlə təbii ot örtükdə oynanılan idman növüdür. Futbol - özü bu təbii ot örtüyüdür və müəyyən olunmuş ölçülü meydançalardır. Digər amillər futbolun keyfiyyətini aşağı salır. Və çox şadam ki, klub bizim üçün, oyunçular üçün maksimum şərait yaradır ki, onlar inkişaf edə bilsinlər”.
Oxşar xəbərlər
"Sabah"ın oyunçuları "Dinamo"da - FOTO
“Sumqayıt”da yeni rekordçu - Azərbaycan Premyer Liqası
"Sabah"da təyinatlar - RƏSMİ
"Sabah"la "Dinamo" arasında imzalanan müqavilənin şərtləri açıqlandı
"Sabah" Zaqreb "Dinamo"su ilə əməkdaşlığa başladı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası