"İstedadlı futbolçularımız var, amma itib-batırlar" -Samir Əliyev
Azərbaycanın U-19 millisinin baş məşqçisi Samir Əliyev Azərbaycan Radiosunda maraqlı fikirlər səsləndirib.
Sportfm.az xəbər verir ki, 40 yaşlı mütəxəssis azərbaycanlı futbolçuların xaricə üz tutmamalarının səbəbini açıqlayıb:
“Kiçik oğlum futbola gedir, hələ zəifdir, 10-11 yaşı var. İndi əyləncə kimi baxır. Gələcəkdə istərdim ki, yoluna davam etsin, amma Azərbaycanda yox. Əgər gələcəkdə görsəm ki, potensiallı oyunçu olacaq, xaricə göndərməyə çalışaram. Sırf Azərbaycanda oynamasını istəmərəm. Qurban Qurbanovun oğlu olduğu üçün demirəm, Musa Qurbanlı çox potensiallı futbolçudur. Musa ilə fərdi söhbətimdə demişdim ki, atanla danış, əlaqələri varsa, səni göndərsin xaricə, burda itib-batacaqsan. İstedadlı futbolçularımız var, amma itib-batırlar.
Hamımız istəyirik ki, azərbaycanlı futbolçular xaricdə oynasın. Bu vəziyyət milli komandalara da böyük fayda verəcək. Problem odur ki, bizə futbol ölkəsi kimi baxmırlar. Bu gün eyni səviyyədə olan iki gənc – serb və azərbaycanlı futbolçular arasında seçim zamanı birinciyə üstünlük veriləcək. Serb olmasın, gürcü olsun, yenə də azərbaycanlı futbolçu götürülməyəcək. Biz Avropada futbol ölkəsi kimi tanınmamışıq və tanınmırıq da. Həm də bəzi futbolçularımıza çox gözəl şanslar düşüb, xaricə gediblər. Ancaq orada özlərini göstərə bilməyiblər”.
Oxşar xəbərlər
İsveç klubunda Musa Qurbanlıya inam itib - Adı iştirak ərizəsinə salınmadı
Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? - "El Mejor" danışacaq
"Sabah"ın Bəhlul Mustafazadə ilə bağlı açıqlaması yalandır" - Səbuhi Səfiyarlı
Maltanın məşqçisi: "Millətlər Liqasına macəra kimi baxırıq"
Daha bir azərbaycanlı futbolçu xaricə yollanır - VİDEO, FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Birbaşa Bakı” mübarizəni dayandırdı - Çempionlar Liqası
-
Azərbaycan Qran-Prisində 2-ci gün başladı
-
Hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görüldü
-
“Xankəndi” baş məşqçisi ilə yollarını ayırdı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan boksçusundan gümüş medal - Avropa çempionatı














Misli Premyer Liqası