Azərbaycan klubu “Yuventus”la eyni turnirdə
“Sumqayıt”ın 2010-cu il təvəllüdlü futbolçuları Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə iştirak edib.
Sportfm.az xəbər verir ki, 2-4 sentyabr tarixlərində Batumidə baş tutan turnirdə Gürcüstanın “Dinamo”, “Poti”, “Merani”, “Vikinqsa", “Samtredia”, “Qori”, “Celero”, “Torpedo”, İtaliyanın “Yuventus”, Qazaxıstanın “Kayrat”, “Sdushor” və digər klublar da çıxış edib.
"Sumqayıt" turnirin "A" qrupunda "Dinamo", "Merani" "Poti" və "İnter" (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb. 12 yaşlılar bu mərhələdə "Merani" və "İnter" üzərində qələbə qazanıb (2:0; 3:1), "Poti" ilə heç-heçə edib (1:1) və "Dinamo"ya məğlub olub (0:2).
"Kimyaçılar" ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. Qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanan komanda bu mərhələdə “B” qrupunun lideri olan Qazaxıstanın "Kayrat" kollektivinə 1:2 hesabı ilə məğlub olub.
Turnirin qalibi isə finalda “Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın “Yuventus” klubu olub.
Oxşar xəbərlər
İtaliya “İnter”i qalib, “Neftçi” 11-ci oldu - Beynəlxalq turnir
“Sabah” yarımfinala yüksəldi - Tiflisdə
“Qarabağ”ın qrup oyunlarının təqvimi - Konfrans Liqası
“Vətən” futbol məktəbinin komandası beynəlxalq turnirə qatıldı - FOTO
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin