"Uğur qazanmaq istəyirik” -Emin Mahmudov
“Çox şadam ki, məni seçdilər. Digər namizədlər də layiq idi”.
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsilndə ilin futbolçusu seçilməsinə münasibət bildirərkkən deyib.
Təcrübəli yarımmüdafiəçi qeyd edib: “Neftçi" çempion olduğu üçün bəlkə də mən seçildim. Bunda baş məşqçilərimin rolu böyükdür. Mənə inandılar. Düzdür, millidə nəticələr yaxşı olmadı. Amma çalışacağam bundan sonra yaxşı olsun”.
Mahmudov millidəki çıxışına da toxunub: “Həmişə qarşıma məqsəd qoyuram ki, daha yaxşı oynayım. Əlimdən gələni edəcəyəm. Canni De Byazinin istəyini yerinə yetirməyə çalışacağam. Uğur qazanmaq istəyirik”.
Oxşar xəbərlər
"Yaxın zamanlarda çətin günlər geridə qalacaq" - Tiaqo Bazerra
Mükafatlar sahiblərinə verildi - VİDEO
“Qalib gəlmək istəyirik” - Emin Mahmudov
"Əlimdən gələni edəcəyəm ki, çempion olaq" - Honda
"Düşünmədən" "Neftçi"yə gələn Slavko - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası