Mükafatlar sahiblərinə verildi -VİDEO
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsinin mükafatçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə açıqlanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “İlin idman xadimi” seçilib. “Qarabağ” klubunun hücumçusu Abdullah Zubir “İlin əcnəbi futbolçusu”, “Neftçi”nin heyətində çıxış edən Emin Mahmudov “İlin futbolçusu” nominasiyalarında fərqləniblər. Titullu karateçimiz İrina Zaretska “İlin idmançısı” olub.
“Qarabağ” klubu “İlin komandası”, Qurban Qurbanov isə “İlin baş məşqçisi” seçilib. “İlin idman yarışı” nominasiyasında “Avro-2020”nin Bakıda keçirilmiş dörd oyunu respondentlərin daha çoxunun səsini toplayıb. (azertag.az)
Oxşar xəbərlər
“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşdi - SİYAHI
“7 qalib” müəyyənləşdi - Qurban Qurbanov yenə birincidir
“İlin qalibləri-2018” layihəsi üzrə mükafatçılar müəyyənləşdi - SİYAHI
"İlin qalibləri-2017"-də mükafatçılar müəyyənləşdi
İlin qalibləri nə vaxt və harada mükafatlandırılacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası