"Əlimdən gələni edəcəyəm ki, çempion olaq" -Honda
Yaponiyalı futbolçu Keysuke Honda “Neftçi”yə transferindən danışıb.
Sportfm.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu gün baş tutan təqdimat mərasimindən sonra bunları söyləyib:
“Burada olduğum üçün çox xoşbəxtəm. “Neftçi” çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də bura gəldim”.
Mən gəlməmişdən əvvəl “Neftçi”nin iki oyuna baxmışam. Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq.
“Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa klubdan təklif almışdım. Amma mən Avropada oynamaq istəyirdim. “Neftçi” böyük klubdur. Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm.
Gələcəkdə nə olacağını heç kim bilmir. Əvvəlcə mövsüm bitsin. 2 aylıq müqaviləmiz var. Mövsümün sonunda bu barədə danışmaq olar”.
Təqdimat mərasimində iştirak edən klub prezidenti Kamran Quliyev isə bunları söyləyib:
“Honda “Neftçi” haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir. Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın həmin oyunda qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib”.
Oxşar xəbərlər
"Hondanın “Neftçi”də qalması özündən asılıdır” - Rüstəm Allahverdiyev
"Azərbaycanı diqqət mərkəzində saxlayacağam" - Keysuke Honda
Honda və Ahmedov “Neftçi”dən ayrıldı - RƏSMİ
"Honda bizə dəstək olacaq" - Kamran Quliyev
Roberto Bordin: "Çalışacağıq ki, yeni mövsümdə baş rolda biz olaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası