"Neftçi" 2 xal itirdi -Premyer Liqa
Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, turun ikinci günündə iki matç keçiriləcək.
Günün ilk matçında “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Son çempion ən azı bir neçə saatlıq ikinci pilləyə yüksəlmək üçün qalib gəlməlidir. Qonaqlar isə qara zolaqdan çıxmaq üçün mübarizə aparacaq.
Liderin iki ən yaxın izləyicisi Zirədə görüşəcək. Qəsəbə təmsilçisi eyni xala malik olduğu “Qəbələ” ilə üz-üzə gələcək. “Neftçi” xal itirsə, bu matçda qalib gələn komanda qış fasiləsinə ikinci sırada yollanacağını rəsmiləşdirəcək.
Qeyd edək ki, turun ilk günündə “Keşlə” – “Səbail” (2:2) və “Qarabağ” – “Sabah” (5:1) matçları keçirilib.
Azərbaycan Premyer Liqası
XIII tur
5 dekabr (bazar)
16:00. “Neftçi” – “Sumqayıt” - 0:0
Baş hakim: Vüqar Həsənli
“Neftçi”: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Baş məşqçi: Samir Abasov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“Bakcell Arena”
Oxşar xəbərlər
"Sumqayıt" - "Neftçi" - START HEYƏTLƏR
"Qəbələ"ni məğlub edən tapılacaqmı? - Seriya davam edir
“Zirə” – “Neftçi” - START HEYƏTLƏR
Yapon futbolçu ehtiyatda qaldı - START HEYƏTLƏR
"Neftçi" - "Sumqayıt" - START HEYƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası