reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" avrokubokların ən yaxşısıdır -STATİSTİKA


Avrokubokların qrup mərhələlərinin 5-ci turundan sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Sportfm.az xəbər verir ki, “Qarabağ” 2021/22 mövsümündə təsnifat mərhələsindən mübarizəyə başlayıb, hələ də məğlubiyyət üzü görməyən 3 komandadan biridir. Azərbaycan təmsilçisi bu mövsüm Konfrans Liqasında keçirdiyi ümumilikdə 11 matçın heç birində uduzmayıb. “Qarabağ” bu mənada LASK və “Renn”lə birlikdə məğlubiyyətsiz irəliləyir. Ancaq oyun sayı baxımından təmsilçimizin göstəriciləri daha yaxşıdır. Çünki Avstriya klubu bu mövsüm avrokuboklarda 9, fransızlar isə 7 matç keçiriblər. Qurban Qurbanovun yetirmələrinin aktivində 7 qələbə, 4 bərabərlik varsa, LASK-da bu göstəricilər 7:2, “Renn”də isə 5:2-dir.

Qeyd edək ki, Konfrans Liqasının H qrupunda yer alan “Qarabağ” 5 turda topladığı 11 xalla son oyun öncəsi ikinci pillədə qərarlaşır.

 

Oxşar xəbərlər

“Qarabağ”da məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatdı
"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
Medvedev ilk "3-lük"də - Konfrans Liqası
Avrokuboklarda azarkeşlər iştirak edə biləcək - Qərar
“Qarabağ”ın qrup oyunlarının təqvimi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər