"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı -Reytinq cədvəli
10 illik UEFA reytinqi açıqlanıb.
Sportfm.az əbər verir ki, siyahıda Azərbaycanın 10 komandası da yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 10 il üçün Avropada 75-cidir.
Təmsilçimizin hesabında 39,500 xal var. Ağdam klubu bu mövqeyi Avstriya “Rapid”i ilə bölüşür. “Qarabağ” bir sıra tanınmış klubları, o cümlədən “Lester”, “Vest Hem”, “Everton”, “Betis”, “Real-Sosyedad”, “Spartak”, “Başakşəhər”, “Trabzonspor”, “Torino”, “Sampdoriya”nı qabaqlayır.
Digər klublarımızdan “Neftçi” 13,250 xalla 190-cı, “Qəbələ” 7,750 xalla 340-cı pillədədir. Son 10 ildə avrokuboklarda oynamış 7 digər komandamız eyni xala malikdir.
368-ci yeri bölüşən təmsilçilərimiz 6,950 xala malikdir. Bunlar “Keşlə”, “Kəpəz”, “Sumqayıt”, “Səbail”, “Zirə”, “Xəzər Lənkəran” və “Bakı”dır.
Qeyd edək ki, cədvələ 355,000 xala malik “Real” başçılıq edir.
Oxşar xəbərlər
"Qarabağ" mövqeyini qorudu
“Qarabağ”la “Neftçi” yerində saydı - “Qəbələ” irəlilədi
“Qarabağ” Türkiyə klublarını qabaqladı - UEFA reytinqi
"Neftçi" 11 pillə irəlilədi - UEFA reytinqi
"Qarabağ"ın yeni yeri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası