Dövlət rəsmiləri "Neftçi"nin oyununu izləyəcək -Premyer Liqa
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun "Neftçi" - "Səbail" oyununu dövlət rəsmiləri, müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri tribunadan izləyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə "Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
O, həmin şəxslərin "Qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə matça dəvət olunduqlarını bildirib: "Bu, geniş kütləni əhatə edən layihədir. Aksiyaya dəstək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyinin, klubumuzun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bır sıra qonaqları olacaq. Burada nazirlər, dövlət komitələrinin nümayəndələri və xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak edəcək. ABŞ, Böyük Britaniya, İsveç, Litva, Əlcəzair və Mərakeş səfiri ilə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyi rəhbərliyinin iştirakı gözlənilir".
Allahverdiyev təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Anar Kərimovla yanaşı, Milli Olimpiya Komitəsinə də dəvət göndərdiklərini söyləyib: "Bütün bu qurumlara forma göndərmişik, layihə haqqında məlumat vermişik və bildirmişik ki, qadın zorakılığına qarşı çıxmaq istəyirsinizsə, sizi noyabrın 27-si "Bakcell Arena"ya dəvət edirik. Kimlərin vaxtı varsa, gəlib iştirak edəcək".
Qeyd edək ki, noyabrın 27-də "Bakcell Arena"da gerçəkləşəcək görüş saat 18:15-də başlayacaq. (report)
Oxşar xəbərlər
Bakı İdman Sarayında möhtəşəm turnir - FOTO
Azərbaycan və Gürcüstan idman sahəsində əməkdaşlıq edəcək - Görüş
Milli Paralimpiya Komitəsinin prezidenti səfirlə görüşdü
“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirildi
Azərbaycan nümayəndə heyəti Praqada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku















Misli Premyer Liqası