reklam
“Heç kim kənarda qalmasın:
Sportfm.az xəbər saytı

“Heç kim kənarda qalmasın:Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirildi


Noyabrın 25-də Bakıda BMT-nin Bakı ofisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib.

Sportfm.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Azneft meydanından start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan 100-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.

Veloyürüşdə BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusların nümayəndələri, velo idmanı həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qulam İshaqzai yürüş iştirakçılarına gender əsaslı zorakılıq barədə məlumat verib. O bildirib ki, veloyürüş “Gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində keçirilir. Bu beynəlxalq kampaniya 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək. Kampaniyanın məqsədi gender zorakılığına qarşı milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır. Qeyd etmək lazımdır ki, bütün dünyada insanlar gender zorakılığına qarşı mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışırlar. “16 günlük kampaniya” kimi tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa çağırırıq.

Qulam İshaqzai tədbirin təşkilində göstərdiyi dəstəyə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Velosiped İdmanı Federasiyasına və Heydər Əliyev Mərkəzinə minnətdarlıq edib.

Xatırladaq ki, bu kampaniya Azərbaycanda 2008-ci ildən etibarən keçirilir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə (USAID) Birləşmiş Ştatlar, BMT-nin Əhali Fondu, İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatı, Heydər Əliyev Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası builki kampaniyanın əsas tərəfdaşları və dəstəkçiləridir.

Veloyürüşün iştirakçısı Mehriban İsmayılova AZƏRTAC-a müsahibəsində bildirib ki, belə tədbirlərin keçirilməsi çox önəmlidir. Çünki bu cür vacib bir mövzu daim gündəmdə qalmalıdır. O, Azərbaycanda qadınların hüquqlarının qorunması, zorakılığa qarşı mübarizə istiqamətində mühüm işlərin görüldüyünü, qadın və qızlarımızın cəmiyyətdə daha fəal olmaları üçün yaxşı şərait yaradıldığını söyləyib.

Tədbirin sonunda yürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkdiriblər.

Oxşar xəbərlər

“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
"Gender bərabərliyi” seminarı veloyürüşlə başa çatdı - FOTO
Velosiped idmanında gender bərabərliyi
Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi
Biləsuvar rayonunda veloyürüş keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər