reklam
100-cü ev qələbəsi -
Sportfm.az xəbər saytı

100-cü ev qələbəsi -Azərbaycan Premyer Liqası


“Qəbələ” Premyer Liqada 100-cü ev qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, yubiley XI tura təsadüf edib. “Sumqayıt”a 2:1 hesabı ilə qalıb gələn “qırmızı-qaralar” 100-cü dəfə öz meydanında 3 xal əldə edib. 

Bu, komandanın 225-ci ev matçında qeydə alınıb. Digər 125 oyunda 64 heç-heçəsi olan “Qəbələ” 61 dəfə uduzub. 

“Qırmızı-qaralar” öz meydanında ilk qələbəsini 2006/07 mövsümündə əldə edib. 2006-cı il noyabrın 11-də “Gənclərbirliyi” ilə görüş 2:0 hesabı ilə başa çatıb. 

50-ci qələbə isə 2013-cü il noyabrın 22-də AZAL-la matçda gerçəkləşib. Həmin oyunun taleyini bir qol həll edib.

Oxşar xəbərlər

75-ci səfər qələbəsi - Premyer Liqa
"Qəbələ" rekordunu təkrarladı - Premyer Liqa
Premyer Liqada 31-ci, evdə 20-ci
Qəbələdə yubiley oyunu
"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər