reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Təmiz oyunlar olmasının tərəfdarıyıq"


Topaz Premyer Liqasının XVI turunun "Qəbələ” – "Neftçi” oyunundan sonra (1:0) "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
 
Sportfm.az sizləri ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: "Daniel Subotiç yaxşı qol vuran hücumçu olduğunu sübut etdi. O, bu matçda əlinə düşən tək imkandan maksimum faydalandı. Ötən oyundan sonra hücumçularımızın imkanlardan yararlana bilməməyini tənqid etmişdim. Lakin oyunçularımızı tənqid etməklə yanaşı, həm də dəstəkləyirəm. Hücumçular uzun müddət qol vura bilməyəndə psixoloji cəhətdən çətin vəziyyətə düşürlər. Belə durumda vurulan 1 qol vəziyyəti dəyişir. Bugünkü matçdan sonra eşitdim ki, qol vurulan anda ofsayd var idi. Amma özüm epizodu izləməmişəm. Buna baxandan sonra tam dəqiqliyi ilə fikrimi deyə bilərəm. Hakimlərimin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. Təmiz oyunlar olmasının tərəfdarıyıq”.

Qriqorçuk texniki zonadan kənarlaşdırılması və son turlara təsadüf edən hakim səhvlərinə də toxunub: "Meydandan kənarlaşdırılmağım çox gülməli və təəccübləndiricidir. Epizodlardan birində öz reaksiyamı bildirdim və bu zaman rəqibin ehtiyat oyunçular skamyasından bir nəfər mənə qışqırdı. Mən ona cavab verəndə isə hakim tərəfindən texniki zonadan kənarlaşdırıldım. Düzdür, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi. Biz məşqçilərin öz işimizlə məşğul olmasını istəyirəm. Həmkarlarıma hörmətim böyükdür. "Neftçi” qış fasiləsində güclənib, yaxşı komandadır. Görünən odur ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidir. On hakim səhvindən sonra çempion olursansa, sənə qızıl medalı onların qazandırdığını deyəcəklər. Bunu isə heç kim istəməz”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Bu matç böyük hesabla başa çata bilərdi"
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Bu imkanları qola çevirməyə borclu idik"
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: "Bu matçda qələbə qazanmamaq olmazdı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər