"Yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur" -AÇIQLAMA
Millinin və “Qarabağ”ın qapışısı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a açıqlama verib.
Sportfm.az xəbər verir ki, O, yığmanı azərbaycanlı mütəxəssisi çalışdırmalı olduğunu açıqlayıb.
“Böyük əksəriyyət uğursuzluğun səbəbkarı kimi əcnəbi baş məşqçiləri görür - həqiqətənmi belədir” sualını cavablandıran “1 nömrə” komandanın sükanı arxasına keçməsi gərəkən namizədin Rəşad Sadıqov olduğunu bildirib:
“Bir az təxribat xarakterli sualdır, amma soruşursuzsa, cavab verəcəm. Şəxsi fikrim belədir ki, yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur. Hansı futbolçudan soruşsaz, bu cavabı verəcək. O, ilk növbədə adamdır, adam. Çoxu məşqçi kimi təcrübəsiz olduğunu düşünür.
Təcrübəsi var, niyə yoxdur? Sadıqov komandaya meydanda ölməyin nə demək olduğunu aşılaya biləcək. Udarıq da, uduzarıq da, amma azarkeşlər döyüşkən komandanı canlı görmək üçün stadiona axışacaq.
Baş məşqçi dəyişikliyi olsa, çıxış yolu Rəşad Sadıqovu gətirməkdir. Canni de Byazini göndərib, yerinə başqa bir əcnəbini gətirməyin anlamı yoxdur.
Gələcək, yerli mühitə alışmağa, bizi tanımağa, çempionatı izləməyə vaxt itirəcək, yenə həmin şeylər təkrarlanacaq.
Bu dediklərim şəxsi fikrimdir. Amma yenədə baş məşqçinin kimliyindən asılı olmayaraq, mən meydanda can qoymaqda davam edəcəm”.
Oxşar xəbərlər
Rəşad Sadıqov "Zirə"də - "Klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”
"Hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim" - Rəşad Sadıqov
"Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” - Rəşad Sadıqov
Rəşad Sadıqov millidən getdi!
Rəşad Sadıqov: "Belə nəticə gözləmirdim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku














Misli Premyer Liqası