reklam
Sportfm.az xəbər saytı

"Hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim" -Rəşad Sadıqov


"Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də bu misiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəm. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim". 

Sportfm.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil: "Ən əsası məsuliyyət idi. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra "Qarabağ"ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir".

Oxşar xəbərlər

"Hələ karyeramı bitirmək barədə düşünmürəm" - Ruslan Abışov
"Karyeramı bitirmək istəmirəm" - Rail Məlikov
"Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” - Rəşad Sadıqov
Tanınmış futbolçu karyerasını bitirdi
40 yaşında karyerasını bitirmək fikrinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər