De Byazi 3 önəmli futbolçunu yığmamıza çağırmadı -Səbəb isə bəlli deyil
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Lüksemburqla dünya çempionatının seçmə oyunu və Qətərlə yoldaşlıq görüşü üçün açıqladığı heyətdə 24 futbolçuya yer verib.
Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis ötən ay evdə İrlandiyaya 0:3 və səfərdə Serbiyaya 1:3 hesabı ilə uduzduqları DÇ-2022-nin seçmə matçları ilə müqayisədə bəzi dəyişikliklərə əl atıb. Ötən siyahıda De Byazi 24 oyunçuya dəvət göndərmişdi.
Bu dəfə isə
- Qapıçılardan "Sumqayıt"ın qapıçısı Aydın Bayramovu "Zirə"dən Mehdi Cənnətov əvəzləyib.
- Müdafiəçilərə gəldikdə isə iki önəmli sima, "Qarabağ"dan Abbas Hüseynov və Toral Bayramov, "Qəbələ"dən zədəli Rövlan Muradov çağırılmayıb. Əvəzində "Sabah"dan Amin Seydiyev və "Zirə"dən Cəlal Hüseynova dəvət göndərilib.
- Yarımmüdafiə xəttində "Sumqayıt"dan istedadlı Rəhim Sadıxov və Murad Xaçayev, həmçinin Ukrayna "Kolos"undan Anatoli Nuriyev kənarda qalıb. "Zirə"dən isə Coşqun Diniyev yenidən yığmaya çağırılıb.
- Hücumçulardan isə Ukrayna "Minay"ından Rüstəm Əhmədzadə yenidən milliyə çağırılıb.
Beləliklə, ötən siyahıda "Zirə"nin bütün oyunçuları diqqətdən kənarda qalmışdısa, bu dəfə 3 futbolçu yığmaya dəvət alıb. Əvəzində "Qəbələ"dən heç kim, "Sumqayıt"dan isə 3 oyunçu milliyə layiq görülməyib. Digər tərəfdən, De Byazi "Qarabağ"dan Abbas Hüseynov və Toral Bayramova istirahət verib. Legionerlərə gəlincə, ötən mövsüm Ukrayna "Minay"ında komanda yoldaşı olmuş Anatoli Nuriyevlə Rüstəm Əhmədzadədən bu dəfə ikinciyə şans verilib.
Qeyd edək ki, Azərbaycan millisi Lüksemburqu noyabrın 11-də, Qətəri isə noyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Oxşar xəbərlər
De Byazi Qarayevi yenə milliyə çağırmadı - SİYAHI
Dmitri Nazarov yenidən Azırbaycan millisində - Dəvət
Milllimizin heyəti açıqlandı - 26 futbolçu dəvət aldı
Millimizin heyəti açıqlandı - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası