"Qarabağ" və "Qəbələ"nin səfər sınağı -YENİLƏNİR
Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, “Zəfər turu”nun ikinci günündə 2 oyun baş tutacaq.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son qarşılaşmalara Bakıda start veriləcək. “Səbail” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Ötən tur uduzan komandalar bu dəfə azarkeşlərini sevindirməyə çalışacaq.
Çempionatın lideri “Qarabağ” “Sumqayit”ın qonağı olacaq. Ağdamlılar çətin səfər matçında liderliyini möhkəmlətmək üçün qalib gəlməlidir. Ayxan Abbasovun komandası isə liderlərdən uzaq düşməmək üçün iddialı rəqibini büdrətməlidir.
Qeyd edək ki, turun ilk günündə “Sabah” – “Zirə” (3:3) və “Keşlə” – “Neftçi” (3:2) oyunları keçirilib.
Azərbaycan Premyer Liqası
X tur
7 noyabr (bazar)
15:00. “Səbail” – “Qəbələ”
Baş hakim: Rəvan Həmzəzadə
“ASCO Arena”
19:30. “Sumqayıt” – “Qarabağ”
Baş hakim: Elçin Məsiyev
“Kapital Bank Arena”
Oxşar xəbərlər
"Qəbələ" "Qarabağ"la nə vaxt oynayacaq?
"Zirə" "Sabah"a, "Neftçi" "Keşlə"yə qarşı - Azərbaycan Premyer Liqası
“Zəfər turu”nun hakim təyinatları - Azərbaycan Premyer Liqası
İlk matçda “Sabah” "Səbail" ilə qarşılaşacaq - Premyer Liqa
XIII turun proqramı açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası