reklam
AFFA millinin sabiq futbolçusunu əməliyyat etdirəcək -
Sportfm.az xəbər saytı

AFFA millinin sabiq futbolçusunu əməliyyat etdirəcək -Şakir Qəribov


AFFA "Neftçi" klubunun sabiq futbolçusu və Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun əməliyyat xərclərini öz üzərinə götürüb.

Sportfm.az xəbər verir ki, bu barədə "Reprot"a milli assosiasiyanın vitse-prezindenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda daha əvvəl heç vaxt belə bir əməliyyat olunmadığı üçün Türkiyədən xüsusi professor dəvət edilib: "Çox ağır əməliyyatdır. AFFA bütün xərcləri öz üzərinə götürüb. Bununla belə, klublar, bütün futbol ailəsi olaraq, Şakir Qəribovu tək qoymamalıyıq".

Sədr əməliyyatın dəqiq vaxtını da açıqlayıb: "Şakir müəllim artıq bütün müayinələrdən keçib, əməliyyat oktyabrın 23-də olacaq. Təəssüf ki, belə bir duruma düşüb. AFFA rəhbərliyi əlindən gələni edir. İnanıram ki, klublar da bu işdə öz dəstəyini əsirgəməyəcək".

Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.

 

Oxşar xəbərlər

Bədavi Hüseynov əməliyyat olunacaq - 6 ay oynamayacaq
Obradoviç yığmamızın baş məşqçisi təyin edildi
"Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur" - Vaqif Sadıqov
Böyükağa Hacıyevin səhhətindən xəbər var
Mərkəzi Klinik Xəstəxana Böyükağa Hacıyevin vəziyyəti ilə bağlı açıqlama verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər