reklam
Sportfm.az xəbər saytı

""Kəpəz"i dağıtdı, getdi..." -Azarkeş üsyanı


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun regionlara səfər etməsi bir qrup gəncəli azarkeşləri narazı salıb.

Bununla bağlı Gəncədən olan azarkeş Vüqar Məmmədov narazılığını dilə gətirib:

"Azarkeş olaraq Elxan Məmmədovu Gəncəyə dəvət edirəm. Bura niyə gəlmir? Şəkidə, Oğuzda nə vaxtdan futbol olub? Arxivi araşdırsınlar Şəkidən bir futbolçu çıxmayıb. Elxan Məmmədov futbolumuzun "beşiyi" olan Gəncəni qoyub, gedib çıxdığı bölgələrə baxın? Gəncə futbolu yox səviyyəsindədir. Qoyduqları adamlar da "Kəpəz"i dağıtdı, getdi. Nə vaxta kimi belə olacaq? Futbol veteranları da ona qoşulub. Tovuzdan başlayıb Siyəzənə kimi rayonları ziyarət edirlər. Bəs Gəncə futbolu? Gəncə futbolu ilə maraqlanmaq lazımdır. Futbol hər zaman burda olub. Bunu bütün Azərbaycan bilir. Amma bizim şəhərlə sanki düşmənçilik aparılır. Buradan saysız-hesabsız futbolçular çıxıb. Mingəçevirdə yaxşı baza vardı. Klublar ora təlim-məşqə gedərdi. İndi Mingəçevir də yada düşmür. Ordan Zaur Qarayev, Ramiz Məmmədov, Mehman Alışanov kimi adlar çıxıb. Amma indi hamısı futboldan kənarda qalıb. Ancaq gənclər işləyir. Yaşlı nəsilə də yol vermək, öyrənmək lazımdır".(sportinfo)

Oxşar xəbərlər

Səhərin şoku - Elxan Məmmədov AFFA prezidenti olacaq
Elxan Məmmədov Gəncə şəhər stadionuna baş çəkdi - FOTO
Gəncədə futbol ictimaiyyəti nümayəndələri ilə görüş - FOTO
“Elxan Məmmədovun yanında 400 manata görə hər şeyə göz yumanlar var” - Səid Nağızadə
“Gəncədə futbol akademiyası açılacaq” - Elxan Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər