Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncədə futbol ictimaiyyəti nümayəndələri ilə görüş -FOTO
Bölgələrə səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Gəncə şəhərinə səfər edib.
Sportfm.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və futbol veteranı Vəli Qasımovla birgə Elxan Məmmədov aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.
Elxan Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AFFA-nın icraçı vitse-prezidenti daha sonra Gəncə şəhərində AFFA tərəfindən inşa olunacaq Futbol Akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə baxış keçirib.
Elxan Məmmədov Birinci Divizionun VIII turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Turan Tovuz” oyununu izləyib.
Oxşar xəbərlər
PFL prezidenti Tovuz və Gəncəyə səfər etdi
Gəncədə daha bir süni örtüklü meydança təmir olundu - FOTO
Elxan Məmmədov Gəncə şəhər stadionuna baş çəkdi - FOTO
AFFA federasiyanı topla təmin etdi - FOTO
AFFA Lənkəran klubuna dəstək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin





















Misli Premyer Liqası