Güləşçilərimizin ilk rəqibləri bilindi -Tokio-2020
Avqustun 2-də Olimpiadada iki güləşçimiz mübarizəyə start verəcək.
Sportfm.az xəbər verir ki, Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. Bu gün keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.
Rafiq 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü olan isveçli Aleks Kessidislə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. Hüseynov rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçiylə üz-üzə gələcək.
Elis ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Bu görüş B xalçasında baş tutacaq. Manolova 1/4 finala yüksəlsə, ya Meerim Jumanazarova (Qırğızıstan), ya da Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Güləşçilərimizin rəqibləri məlum oldu - Avropa çempionatı
Rafiq Hüseynov dünya çempionu oldu
İki güləşçimiz mübarizəyə başladı - Tokio-2020
Azərbaycan güləşçiləri Tokioya yollandı - Tokio-2020
Güləşçilərimizin ilk rəqibləri bilindi - Təsnifat Turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası