Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan"ın qapısına haqsız penalti təyin edən Məsiyev Dünya Çempionatında
Azərbaycanlı hakimlər briqadası Qətərdə 17 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatına təyinat alıb.
Sportfm.az xəbər verir ki, FIFA Hakimlər Komitəsi mundialda oyunları idarə edəcək hakimlər briqadalarının siyahısını açıqlayıb.
Siyahıda Azərbaycan hakimlər briqadasına da yer verilib. Elçin Məsiyev baş hakim, Elşad Abdullayev və Pərvin Talıbov isə yan xətt hakimlər kimi fəaliyyət göstərəcəklər.
2026-cı il FIFA U-17 dünya çempionatı noyabrın 19-dan dekabrın 16-dək Qətərdə keçiriləcək. Mundialda altı konfederasiyanı təmsil edən ümumilikdə 27 hakim briqadası iştirak edəcək. UEFA-dan 7 hakim üçlüyü çempionata dəvət alıb.
Beləliklə, üç azərbaycanlı hakim FIFA U-17 dünya çempionatında birlikdə oyunlara təyinat alacaq. Bu, Azərbaycan hakimliyi adına tarixi hadisədir. Daha əvvəl onlar 11 – 28 iyunda Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında iş başında olublar.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında qonaqların qapısına penalti təyin edib. Nəticədə Naxçıvan təmsilçisi bundan yararlanaraq, görüşdə heç-heçəyə nail olub. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov isə Məsiyevin qərarının yanlış olduğunu açıqlayıb.

Oxşar xəbərlər
Məsiyev Avropa Liqasının oyununda
Hakimimiz dünya çempionatında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Elçin Məsiyev İngiltərinin oyununda
Məsiyev İsveçrə millisinin oyununda
Azərbaycanlı hakimlər İtaliyanın oyununda - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası