İki güləşçimiz mübarizəyə başladı -Tokio-2020
Bu gün Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, bunlar atıcı Ruslan Lunyov, yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Elis Manolovadır (68 kq).
Kiçikçaplı tapançadan kişilərin 25 metr məsafəyə atəşaçma yarışının birinci təsnifat mərhələsində 281 xalla 27 idmançı arasında 24-ci yeri tutan Lunyov bu gün ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Final mərhələsinə ən yaxşı nəticə göstərmiş 6 atıcı yüksələcək. Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olub.
Güləşçilərimiz isə Tokio-2020-də ilk dəfə mübarizəyə başlayacaqlar. Hüseynov 1/8 finalda isveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə qarşılaşacaq.
Manolova isə 1/8 finalda Blessinq Oborududu (Nigeriya) ilə üz-üzə gələcək.
2 avqust
Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma
2-ci təsnifat mərhələsi. Ruslan Lunyov
Yunan-Roma güləşi
77 kq
1/8 final. Rafiq Hüseynov - Aleks Kessidis (İsveç)
Qadın güləşi
68 kq
Elis Manolova - Blessinq Oborududu (Nigeriya)
Oxşar xəbərlər
Ruslan Lunyovdan Portuqaliyada uğur
Daha bir idmançımız mübarizəni dayandırdı - Tokio-2020
Güllə atıcımızdan bürünc medal - Avropa çempionatı
İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı - 241,7 xal
İdmançılarımız beynəlxalq yarışdan iki qızıl medalla qayıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası