reklam
Taekvondoçulardan 5 medal
Sportfm.az xəbər saytı

Taekvondoçulardan 5 medal


Taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.
 
Sportfm.az xəbər verir ki, iki gün davam edən yarışda "Qəbələ” İdman Klubunun taekvondoçuları da qüvvəsini sınayıb. Taekvondoçuların beşi "Sərhədçi” Olimpiya İdman Mərkəzində fəxri kürsüyə qalxıb. Məcid Sofiyev 54 kq, Əli Məmmədov 58 kq çəki dərəcəsində finala qədər bütün rəqiblərinə qalib gələrək, həlledici qarşılaşmaya vəsiqə qazanıb. Yalnız finalda uduzan taekvondoçu gümüş medala yiyələniblər. Üç idmançı isə çempionatın bürünc medalına sahib çıxıb. Nicat Cavadov (63 kq) və Fərhan Məmmədli (87 kq) kişilərin, Jalə Məmmədzadə (57 kq) qadınların mübarizəsində 3-cü olub.

Oxşar xəbərlər

Cüdoçularımız 4 medal qazandı
Minsk cüdoçularımız düşərli oldu
Tağızadə Hollandiyada fərqləndi
Gənc cüdoçulardan 6 medal
"Qəbələ" boksçularından 8 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər