Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" boksçularından 8 medal
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycan Boks Mərkəzində keçirilən yarışda "Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvəsini sınayıb. Kişi boksçular 6 gün davam edən çempionatı 8 medalla başa vurub. İdmançılardan dördü öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Boksçular Məhsəti Həmzəyev (57 kq), Cavid Çələbiyev (60 kq), Roman Zakirov (69 kq) və Kamran Şahsuvarlı (75 kq) Azərbaycan çempionu adına yiyələniblər. Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91 kq) isə finala qədər bütün rəqiblərini məğlub edib, yalnız həlledici qarşılaşmada uduzmaqla 2-ci pilləni tutublar. Daha bir idmançı fəxri kürsüyə yüksəlib. Kamran Baxşəliyev (64 kq) 3-cü yeri tutaraq Azərbaycan çempionatının bürünc mükafatçısı olub.
Oxşar xəbərlər
Boksçularımız Dağıstanda 3 medal qazandı
Boks yığmamız İslam Oyunlarının qalib oldu
Gənc cüdoçulardan 6 medal
Azərbaycan çempionatına yekun vurulub
Taekvondoçulardan 5 medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin