Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gənc cüdoçulardan 6 medal
Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, iki gün davam edən yarışda "Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. İdmançılar birinciliyi 6 medalla başa vurublar. 55 kq çəki dərəcəsində iki idmançı fəxri kürsüyə yüksəlib. Rövşən Əliyev 1-ci, Nurlan Osmanov 3-cü yeri tutub. Finala qədər irəliləyən İsmayıl İbrahimov 66 kq, Hasil Cəfərov isə 73 kq çəki dərəcəsində gümüş mükafatçı olub. Daha iki idmançı medalçılar sırasına düşə bilib. İmran Yusifov 100 kq, Vüsal Orucov +100 kq çəki dərəcəsində 3-cü yeri tutub. Hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal olan "Qəbələ” komanda hesabında 18 xalla 3-cü olub.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Talıbov gümüş medal qazandı - Dünya çempionatı
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
"Qəbələ" boksçularından 8 medal
Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutdular - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası