Nurməhəmmədovun yeznəsinə azərbaycanlı rəqib
MMA üzrə keçmiş döyüşçü Həbib Nurməhəmmədov yeznəsi Şamil Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.
Sportfm.az xəbər verir ki, tərəflər artıq bu döyüş barədə razılığa gəlib.
Beləliklə, gələn ay 38 yaşını tamamlayacaq Şamil Zavurov karyerasının son döyüşünü 27 yaşlı Nərimana qarşı keçirəcək. Bu görüş Rusiyanın paytaxtı Moskvada sentyabrın 18-də olacaq. Bu döyüş Həbib Nurməhəmmədovun rəhmətə getmiş atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.
“Dağıstan aslanı” adlandırılan Şamil Zavurov həm də Həbib Nurməhəmmədovun sahibi olduğu EFC-nin (Eagle Fighting Championship) prezidentidir. O, MMA döyüşçüsü kimi indiyədək 46 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Zavurov bu il artıq iki görüş keçirib və qələbə qazanıb.
Qeyd edək ki, Nəriman Abbasov 11 döyüşdür ki, uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Night” təşkilatına məxsus kəmərin sahibidir. O, iki dəfə bu kəməri uğurla müdafiə edib. (oxu.az)
Oxşar xəbərlər
"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi - FOTO
“Həbib mənə söz verib” - MMA döyüşçümüz
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Azərbaycanlı döyüşçü Həbib Nurməhəmmədovun yeznəsini döydü - VİDEO
Həbibin atasının vəziyyəti ağırdır - Koronavirusa yoluxdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası