"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi -FOTO
“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə Nəriman Abbasovun tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.
Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançını təbrik edib. Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb. Klub prezidenti idmançımıza uğurlar arzulayıb. Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasova “Qəbələ” İdman Klubunun hədiyyələri təqdim olunub. Klub Nəriman Abbasova Toyota markalı avtomobil hədiyyə edib.

Oxşar xəbərlər
Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Azərbaycanlı döyüşçü Həbib Nurməhəmmədovun yeznəsini döydü - VİDEO
Nurməhəmmədovun yeznəsinə azərbaycanlı rəqib
Nəriman qələbədən sonra ağladı - Ölən qardaşı üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası